понедельник, 7 марта 2016 г.

Modul 4

  Biz bu gün təlimçinin verdiyi ev tapşırığına əsasən layihələr çərçivəsində şagirdlərə tapşırıla biləcək mövzuları müzakirə etdik. Hər müəllim öz fənninə uyğun seçdiyi mövzunu bildirdi.
   Daha sonra tədris layihəsinə əsaslanan sualların verilmə formalarını öyrəndik. Məs: Təməl sualı-fənni bilinməyən, Mövzu sualı-düşündürücü, mövzuya yaxın, tədqiqata istiqamətləndirən, Məzmun sualı- cavabı dəqiq olan.
   Öyrəndiklərimizi tətbiq etmək üçün qruplarla işlədik. Qruplarla işləməklə biz öyrəndiklərimizi dəqiqləşdirdik və möhkəmləndirdik.
   Təməl sualı təlimçi verdi. Biz 2 mövzu 3 məzmun sualı tərtib etdik. Sonra təməl sualı da özümüz tərtib etmək şərti ilə 3 mövzu, 6 məzmun sualı tərtib etmək tapşıriğı aldıq.

Комментариев нет:

Отправить комментарий