пятница, 8 апреля 2016 г.

Modul 14

Təlimin 14 günü müəllimlər dairəvi toplandıq və Ağ və Qara  appanentləri seçildi. Layihə üçün lazım olan material  və resuslar bölməsini cavablandırdıq. Layihə müddətində istifadə edəcəyimiz Cap materialları və Ləvazimatların adını qed etdik. Test sorğu pap-
kasında Yekun sorğu suallarını cavablandırdıq

Modul 15

Təlimin sonuncu günü: Əvvəl təlimçinin payladığı sorğu anketlərini doldurduq- özümüz haqqında məlumatlar verdik. Sonra "İntel gələcəyini qur" kursuna münasibətlərimizi əks etdirən sualları cavablandırdıq. Daha sonra kursda tədris olunan materialları əks etdirən test və açıq sualları cavablandırdıq.Növbəti işimiz təqdimatların nümayişi oldu. Ağ və qara appanentlər müəllimlərin təqdimatlarına öz rəylərini verdilər. Mən Yeganə müəllimənin ağ, Lətafət müəllimənin qara appanenti idim.
Çalışdım ki, öz fikir və iradlarımda obyektiv olum.
Sonda vidalaşdıq və vida şəkli çəkdirdik.

четверг, 31 марта 2016 г.

Modul 13


31.03.2016. Əvvəl təqdimat üçün bəzi çatışmazlıqlar üzərində işlədik. Daha sonra təlimçilərləFasilitator işinin mahiyyəti haqqında fikir mübadiləsi apardıq. Təlimçi növbəti işimizin İntel10-Treninq-Modul 11-Fasilitasiya və texnologiyalardan istifadə və Həyata keçirilmə planları papkalarınıöz portfoliyomuza köçürdük və üzərində işlədik.

Modul 12

29.03 2016.Müəllim təqdimqtlarının linklərini öz portfoliyomuzda yerləşdirdik. İntel 10 papkasındaTreninq papkasında Modul 9 papkasında Laybrəri papkasında Bloqun qiymətləndirilməsində
 Bloq.ChecklistrAF High school NC.rus və Bloqqiymətləndiril- məsi papkalarını öz portfoliyomuzda yerləşdirdik və üzərində işlədik.

воскресенье, 27 марта 2016 г.

Modul 11

Kursun 11-ci günü; Təlimçinin göstərişinə əsasən İntel 10 papkasından Diferensiallaşma papkasında öyrənmə tərzləri sənədi ilə tanış olduq. Sənəddə verilən məlumatları müzakirə etdikdən sonra, möv-zunun öyrənilməsi planında Diferensiallaşdırılmış tədrisə dəstək bölməsində layihəmizdə tədrisdə problemi olan, istedadlı və savadlı şagirdlərə veriləcək tapşırıqları qeyd etdik.
Növbəti tapşırığımız öz portfoliyomuzda qiymətləndirmə papkasında diferensiallaşma papkasındatədris prosesində "Fərqləndirmə təcrübələrinə dair sorğunu cavablandırdıq.

суббота, 26 марта 2016 г.

Modul 10

Bu gün Kiçik təqdimatlar hazırlamaq üçün Web2 saytında Photopeaç proqramından istifadə etməyiöyrəndik. Mövzuma uyğun slaydlar hazırladım. Slaydlarıma musiqi əlavə edərək təqdimata hazırladım. Daha sonra layihəmizdə qruplara verilən tapşırıqlardan biri üzərində araşdırma apararaqtəqdimat hazırladıq.

четверг, 24 марта 2016 г.

Modul 9

   Təlimin 9-cu günü təlimçi Web1 saytı haqqında və onun istifadə inkanlarından qısa məlumat verdi.Daha sonra təlimçi bütün diqqəti Web2 sytına yönəltdi.Bu saytın bizim üçün səmərə verə biləcəyin-
dən məlumat verdi. Bu sayt vasitəsilə biz dərslərimizi daha maraqlı və faydalı təşkil edə bilərik.
   Web2 saytından necə istifadə etməyin yollarını öyrəndik. Saytda öz yaratdığımız materialları da

yerləşdirə bilərik. Bunun üçün axtarış brouzerlərinin birində Prezi.com xromundan istifadə isttifadə etmək üçün qeydiyyatdan keçdik.Maraqlı slaydlar hazırladıq.
   Daha sonra Learninqapps.orq xromundan istifadə etməyin yollarını öyrəndik. Maraqlı oyunlardan istifadə etməklə dərsimizi təşkil edə bilərik.   

воскресенье, 20 марта 2016 г.

Modul 8

19.03.2016.Təlimin 8-ci günü.Öz portfoliyomuzda yarımçıq qalmış işlərimizi tamamladıq. Layihəmizdə istifadə edəcəyimiz inetrnet materiallarının linklərini Mövzunun öyrənilməsi
papkasında yerləşdirdik. Öz təqdimatımızda istifadə edəcəyimiz resusları Resuslar papkasında yerləşdirdik.

четверг, 17 марта 2016 г.

Modul 7

Bu gün-17.03.2016 təlimçi Cloud proqlamları haqqında məlumat verdi, onun imkanlarından faydalanmağı tövsiyyə etdi. Sonra" Gmail.com" saytının imkanlarından faydalanmaq yollarını
öyrəndik." Disk"vebkisi vasitəsilə bizə lazım olan sənədlərin təhlükəsiz saxlanması yolunu öyrəndik.  Disk vebkisində bir-birimizə məktub, sənəd və s. göndərdik.
   Daha sonra"Mövzunun öyrənilməsi"papkasında layihəmizə aid anketiəri yazdıq.

суббота, 12 марта 2016 г.

Modul 6

    15.03.2016 Bu gün Globollab saytı ilə tanış olduqvə ətraflı məlumatlandırıldıq. Bu sayt vasitəsilə beynəlxalq layihələrlə tanış ola və öz hazırladığımız layihələrimizi burada yerləşdirə bilərik.
    Daha sonra öz portfoliyomuzda Tədris materialları papkasında Cədvəllər papkasında iki vordpapka açdıq. Papkanın birində BİBÖ cədvəli və Klastr sxemi yaratdıq. Öz portfoliyomuzda Tədris
materialları papkasında Pover Point papkası yaratdıq və öz layihəmizi təqdimat üçün hazırladıq.Mən hazırlayacağım layihəyə
" Qardaşların səhvi" adını verdim. 

Modul 5

    11.03.2016. Biz bu gün qiymətləndirmənin növləri haqqında müzakirə apardıq.Təlim prosesində hansı qiymətləndirmə növlərindən istifadə etməyimiz, aparılma vaxtları və qaydaları haqqında məlumat mübadiləsi apardıq. Təlimçi bildirdi ki, eynilə hər üç qiymətləndirmə üsullarından layihələrdə də istifadə edəcəyik.
    Daha sonra layihə planı tərtib etdik. Mən Mərkəzləşmiş Azərbaycan dövləti mövzusunda layihə planı hazırladım. Mən bu layihəmləSəfəvi-Osmanlı müharibələrinin hər iki dövlətə vurduğu zərbələrdən, Qərb diplomatiyasının "Parçala hökmranlıq et! " siyasətindən şagirdləri məlumatlandırmaq. Dövlətlərarası münaqişələrin dinc yolla həllinin mümkünlüyünün və bunu necə əldə etməyin yollarını araşdırmağı öyrətmək.

понедельник, 7 марта 2016 г.

Modul 4

  Biz bu gün təlimçinin verdiyi ev tapşırığına əsasən layihələr çərçivəsində şagirdlərə tapşırıla biləcək mövzuları müzakirə etdik. Hər müəllim öz fənninə uyğun seçdiyi mövzunu bildirdi.
   Daha sonra tədris layihəsinə əsaslanan sualların verilmə formalarını öyrəndik. Məs: Təməl sualı-fənni bilinməyən, Mövzu sualı-düşündürücü, mövzuya yaxın, tədqiqata istiqamətləndirən, Məzmun sualı- cavabı dəqiq olan.
   Öyrəndiklərimizi tətbiq etmək üçün qruplarla işlədik. Qruplarla işləməklə biz öyrəndiklərimizi dəqiqləşdirdik və möhkəmləndirdik.
   Təməl sualı təlimçi verdi. Biz 2 mövzu 3 məzmun sualı tərtib etdik. Sonra təməl sualı da özümüz tərtib etmək şərti ilə 3 mövzu, 6 məzmun sualı tərtib etmək tapşıriğı aldıq.

Modul 3

Bu gün Microsoft Offise Publisher proqramında buklet, açıqça,elan və s. hazırlamağı öyrəndik. Hazırladığımız bukleti  yaddaşda yerləşdirdik.Əvvəlki dərsdə verilən ev tapşırığına əsasən seçdiyim mövzunun standartlarını yazdıq. Standartları Kurikulum.az saytından seçərək, Planlar papkasında Mövzunun öyrənilməsi səhifəsinə yerləşdirdik.Daha sonra standartlarımıza uyğun mövzumuzun məqsədlərini müəyyən edib yazdıq.

суббота, 5 марта 2016 г.

modul 2

Əvvəlcə 1-ci gün keçdiklərimizi təkrarladıq.Qruplara bölündük.hər qrupa mövzu verildi.Bizim qrupa "XXI əsr şagirdi necə olmalıdır"mövzusu verildi.Mövzunu işlədik , təqdim etdik və müzakirə apardıq. Sonra layihə nədir və hazırlamaq qaydaları haqqında müzakirə apardıq.Daha sonra Bulum toksonomiyası haqqında məlumat əldə etdik. Logininformation.az faylı üzərində işlədik. Url adresinə Gmail veblokksbot ünvanlarımızı daxil etdik. Mövzunun öyrənilməsi planını işlədik. Sonda təlimçi ev tapşırığı verdi. Hər müəllim layihə hazırlamaq üçün mövzu seçməli.

modul 1

İlk işimiz tanışlıqla başladı.Təlimçilər özləri və təlim kursunun əhəmiyyəti haqqında məlumat verdilər. Kompyuterlərimizə yüklənən İntel 10 papkası ilə tanış olduqdan sonra hamıya öz portfoliyosunu yaratmaq tapşırıldı. Portfoliyomuza İntel 10 papkasından birə lazım olan papkaları köçürdük və növbəti təlimlərdə istifadə edəcəyimiz papkalar yaratdıq.
Daha sonra öz Gmeyl adresimizi yaratdıq.
Sorğu start testlərini cavablandırdıqdan sonra, öz bloggerimizi yaratdıq və blogger səhifəmizdən necə istifadə edəcəyimiz haqqında məlumatlandırıldıq.